...

İranla müharibə fonunda enerji xərclərinin artımı Almaniya iqtisadiyyatına ağır zərbə vura bilər

Dünya xəbərləri Materials 19 Mart 2026 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Körfəz regionunun enerji infrastrukturuna edilən hücumlar qiymətlərin sürətlə artması fonunda şirkətlərin Almaniya qtisadiyyatını tərk etməsi riskini yaradır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe bildirib.

Rayxenin sözlərinə görə, İran müharibəsi ilə əlaqədar xərclərin artması 2022-ci ildə Ukrayna müharibəsindən bəri sonuzda çətinliklərlə üzləşən sənaye sektoruna təzyiqləri daha da gücləndirə bilər.

ABŞ və İsrailin fevral ayının sonunda İrana hücum etməsindən sonra Avropada təbii qazın qiymətləri 50 faizdən çox artıb.

Almaniya iqtisadiyyatında iki il ardıcıl yaşanan resessiyadan sonra yalnız ötən il minimal artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti