Bakı. Trend:
2025-ci ildə Gürcüstanın Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 91,258 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 55,9 milyon dollar və ya 2,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan reallaşan investisiyaların payı 1,4% təşkil edib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Gürcüstan iqtisadiyyatına 179,5 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 14,5 milyon dollar və ya 8,8% çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 7,1% təşkil edib.
2024-cü il ərzində Gürcüstdan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 35,357 milyon dollar, əks istiqamətdə isə 165,046 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
