Bakı. Trend:
ABŞ Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İordaniyaya ümumilikdə təxminən 16 milyard dollar həcmində təcili silah satışına razılıq verib.
Trend xəbər verir ki, dövlət katibi Marko Rubio təhlükəsizlik avadanlıqlarının operativ şəkildə çatdırılmasının ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu əsas gətirərək, Konqresin təsdiq mərhələsini keçmək üçün xüsusi fövqəladə səlahiyyətlərdən yararlanıb.
Razılaşmalara əsasən, Küveyt 8 milyard dollar dəyərində qabaqcıl hava hücumundan müdafiə radar sistemləri əldə edəcək, BƏƏ isə 8,4 milyard dollardan artıq məbləğə dronların qarşısını almaq üçün sistemlər və qırıcı təyyarələr üçün sursat alacaq. Həmçinin, İordaniya üçün təyyarə ehtiyat hissələri və texniki xidmətlə bağlı 70,5 milyon dollarlıq müqavilə də təsdiqlənib.