...

Azərbaycanda istehsal olunmuş avtomobil benzininin həcmi məlum olub

Energetika Materials 19 Mart 2026 19:48 (UTC +04:00)
Azərbaycanda istehsal olunmuş avtomobil benzininin həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 233,6 min ton avtomobil benzini istehsal olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,5 min ton və ya 9,1 faiz azalıb.

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 257,1 min ton avtomobil benzini istehsal olunmuşdu.

Cari ilin mart ayının 1-ə olan göstəriciyə əsasən, ölkədə hazır məhsul ehtiyatı 70,8 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 18,4% azdır. Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti