...

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə edib

Dünya xəbərləri Materials 20 Mart 2026 20:53 (UTC +04:00)
NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə edib

Bakı. Trend:

NATO yerli ordunu yetişdirmək üçün təlim missiyasının bir hissəsi olaraq orada olan bütün qoşunlarını İraqdan Avropaya təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, qoşunların təxliyə edilməsi Yaxın Şərqdəki müharibə səbəbindən Avropa hərbi heyətinə qarşı yaranan təhlükəsizlik təhdidləri ilə əlaqədardır.

"Bütün NATO heyətinin İraqdan Avropaya təhlükəsiz şəkildə köçürülməsinə görə İraq Respublikasına və bütün NATO ölkələrinə təşəkkür etmək istərdim", - deyə o bildirib. O əlavə edib ki, NATO-nun Neapoldakı regional qərargahı artıq İraqla məsafədən əməkdaşlıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti