Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin İran rəhbərliyini Novruz bayramı münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, Putin təbrik məktubunda İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei və Prezident Məsud Pezeşkiana müraciət edib.
Rusiya lideri İran xalqına "çətin sınaqları ləyaqətlə dəf etməyi" arzulayıb. O, həmçinin vurğulayıb ki, Moskva bu çətin dövrdə Tehran üçün etibarlı dost və tərəfdaş olaraq qalır.
