...

Macarıstan Avropa İttifaqına ultimatum verib

Dünya xəbərləri Materials 19 Mart 2026 19:34 (UTC +04:00)
Macarıstan Avropa İttifaqına ultimatum verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kiyev “Drujba” neft kəməri ilə neft təchizatını bərpa etməyənə qədər, Macarıstan Avropa İttifaqının Ukraynanın xeyrinə qəbul etdiyi qərarları dəstəkləməkdən imtina edəcək.

Trend xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının zirvə-toplantısı başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda “ukraynalıların blokladığı” bu kəmər vasitəsilə neft əldə etmələrini istəyir.

“Macarlar bizə məxsus olan nefti almayana qədər, mən burada Ukraynanın xeyrinə olan heç bir qərarı dəstəkləməyəcəyəm”, - Macarıstanın baş naziri əlavə edib.

Martın 18-də Slovakiyanın baş naziri Robert Fico bildirib ki, Aİ sammitində “Drujba” neft kəməri ilə bağlı vəziyyətə dair bəndin olmaması səbəbindən Ukrayna ilə bağlı yekun sənədi dəstəkləməyəcək. Onun sözlərinə görə, Bratislava Brüsseldən yekun sənədə “Drujba” ilə bağlı müddəaların daxil edilməsini xahiş edib. Lakin Aİ Slovakiyanın bu tələbinə razılıq verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti