Bakı.Trend:
2025-ci il ərzində respublika ərazisində 19704 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2024-cü il ilə müqayisədə 5083 hadisə və ya 35% çoxdur.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatında qeyd edilib.
Məlumata əsasən, ötən il baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 78 nəfər həlak olub.
