...

Polşa qoşunlarını İraqdan çıxarıb

Dünya xəbərləri Materials 20 Mart 2026 19:22 (UTC +04:00)

Bakı. Trend:

Varşava Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq Polşa hərbi kontingentini İraqdan çıxarmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Polşa müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

"Yaxın Şərq bölgəsində vəziyyətin pisləşməsi səbəbindən əməliyyat şəraiti və potensial təhdidlər təhlil edildikdən sonra Polşa hərbi kontingentinin İraqdan köçürülməsi qərarı verilib", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Nazir əlavə edib ki, bütün Polşa qoşunları artıq İraqı tərk edib, əksəriyyəti artıq Polşaya qayıdıb, qalanları isə İordaniyadadır. O vurğulayıb ki, Varşava bu addımı NATO ilə əlaqələndirərək atıb.

Xəbər lenti

Xəbər lenti