...

İsveç Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb

İqtisadiyyat Materials 19 Mart 2026 17:50 (UTC +04:00)
İsveç Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 8 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə İsveçin Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 33,085 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 29,2 milyon dollar və ya 8,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçdən reallaşan investisiyaların payı 0,5% təşkil edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində İsveç iqtisadiyyatına 21,077 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 24,4 milyon dollar və ya 2,2 dəfə azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil edib.

2024-cü il ərzində İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 3,862 milyon dollar, əks istiqamətdə isə 45,499 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti