Bakı. Trend:
İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, dörd oyundur qələbə qazanan “Mançestr Yunayted” “Bornumut” səfərində büdrəyib. Matçın ilk hissəsi qolsuz başa çatsa da ikinci hissə daha məhsuldar olub. İkinci 45 dəqiqədə 4 qol vurulsa da qalibi müəyyən etmək olmayıb – 2:2. Qeyd edək ki, “qırmızı şeytanlar” oyunun 80-ci dəqiqəsində Harri Maquayrın qırmızı vərəqə alması ilə bir nəfər azlıqda qalıb. Bu matçdan sonra “Mançestr Yunayted” 55 xalla üçüncüdür. “Bornumut” isə turnir cədvəlini yarı bölür.