...

Ağdam Cümə Məscidində bayram namazı qılınıb (FOTO)

Cəmiyyət Materials 20 Mart 2026 09:52 (UTC +04:00)
Ağdam Cümə Məscidində bayram namazı qılınıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam Cümə Məscidində bayram namazı qılınıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir.

Bayram namazında iştirak edənlər birlik, həmrəylik və sülh duaları ediblər. İbadət zamanı ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad olunub, qazilərə şəfa dilənib.

Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı zərər görən Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində məscid də əsaslı şəkildə təmir olunub. Hazırda dini abidə əvvəlki görkəminə qaytarılaraq ibadətə açıqdır.

Mütəxəssislər bildirirlər ki, bu kimi hadisələr təkcə dini deyil, həm də sosial və mədəni dirçəliş baxımından böyük əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti