Bakı. Trend:
İsveçrə hakimiyyəti Rusiya əleyhinə sanksiyalar siyahısından yeddi şəxsi çıxarıb. Onların kimliyi açıqlanmır.
Trend-in məlumatına görə, bu barədə İsveçrə İqtisadi İşlər Nazirliyinin tabeliyində olan İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyinin bəyanatında bildirilib.
"Yeddi şəxs siyahıdan çıxarılıb. Bu tədbirlər 20 mart 2026-cı il, saat 23:00-da qüvvəyə minəcək", - deyə məntdə qeyd olunub.
