...

İsmayıllıda yol-nəqliyyat hadisəsi oldu, ölən var

Hadisə Materials 20 Mart 2026 01:58 (UTC +04:00)
İsmayıllıda yol-nəqliyyat hadisəsi oldu, ölən var

Bakı. Trend:

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücü, 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti