...

Premyer Liqa: “Qarabağ”ın səfər, “Neftçi”nin ev sınağı

İdman Materials 20 Mart 2026 11:00 (UTC +04:00)
Premyer Liqa: “Qarabağ”ın səfər, “Neftçi”nin ev sınağı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.

Trend xəbər verir ki, günün ilk matçı Yevlaxda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Görüş saat 15:00-da start götürəcək.

Hazırda Ağdam təmsilçisi 52 xalla 2-ci, Gəncə klubu 18 xalla 10-cu pillədə qərarlaşıb.

Digər oyunda isə “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Paytaxt təmsilçisi 34 xalla 6-cı, İmişlinin eyniadlı klubu isə 22 xalla 9-cudur.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” isə evdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti