...

Taleh Kazımov sahibkarlarla görüşdü

İqtisadiyyat Materials 19 Mart 2026 16:28 (UTC +04:00)
Taleh Kazımov sahibkarlarla görüşdü
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kiçik və orta biznesin (KOB) dəstəklənməsi mexanizmləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.

"Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclasını keçirdik. Şurada təmsil olunan qurumların rəhbər şəxsləri ilə birlikdə real sektorun maliyyələşdirilməsi, kredit resurslarına çıxışın daha da asanlaşdırılması, kiçik və orta biznesin (KOB) dəstəklənməsi mexanizmləri, eləcə də innovativ maliyyə alətlərinin tətbiqi məsələləri ətrafında geniş müzakirələr apardıq.

Sahibkarların səsləndirdiyi məsələlər və təkliflər bizim üçün vacib istiqamətverici rol oynayır. Görüşdə xüsusilə kiçik və orta biznesin dəstəklənməsi, kredit şərtlərinin təkmilləşdirilməsi, girov mexanizmlərinin optimallaşdırılmasıvə rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi əsas diqqət mərkəzində oldu.

Əminəm ki, maliyyə-bank sektoru ilə biznes ictimaiyyəti arasında davamlı dialoq qarşılıqlı etimadı daha da gücləndirəcək", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti