...

Bayram namazlarının vaxtı məlum olub

Cəmiyyət Materials 19 Mart 2026 11:59 (UTC +04:00)
Bayram namazlarının vaxtı məlum olub
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

Trend xəbər verir ki, martın 20-də saat 8:00-da Bakıda Əjdərbəy məscidində ilk bayram namazı qılınacaq.

Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Qeyd edək ki, QMİ Qazılar Şurasının bu gün yaydığı fətvada qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonra çıxarılmalıdır. Fitrə zəkatının adambaşına 10-15 manat verilməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti