Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 2,061 milyard ABŞ dolları dəyərində 942,8 min ton yük daşınıb.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 126,6 milyon ABŞ dolları və ya 6,5% çox, həcm ifadəsində isə 12,8 min ton və ya 1,3% azdır.
Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 418,7 milyon ABŞ dolları dəyərində təqribən 381,4 min ton yük ixrac olunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 87,9 milyon ABŞ dolları və ya 26,6% çox, həcm ifadəsində isə 6,8 min ton və ya 1,7% azdır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana avtomobil nəqliyyatı ilə 1,642 milyard ABŞ dolları dəyərində 561,3 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,7 milyon ABŞ dolları və ya 2,4% çox, həcm ifadəsində isə 5,994 min ton və ya 1,1% azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya 21,7% azdır.
