...

Azərbaycandan tranzit keçməklə Ermənistana 488 ton taxıl göndərilib (YENİLƏNİB)

Siyasət Materials 19 Mart 2026 10:20 (UTC +04:00)
Azərbaycandan tranzit keçməklə Ermənistana 488 ton taxıl göndərilib (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib.

Trend xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 488 ton olan taxıl 19 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Belə ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

xxx
10:20

Azərbaycandan vasitəsilə Ermənistana daha 7 vaqon buğda göndərilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, ümumi çəkisi 488 ton olan 7 vaqon buğda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına daşınır.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti