Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdəki Müstəqillik Sarayında ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Con Koul ilə görüşüb.
Trend bu barədə Belarus KİV-ə istinadən xəbər verir.
“Müstəqillik Sarayında Belarus–ABŞ danışıqları keçirilir. Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinə ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul rəhbərlik edir”, - deyə “Pul Pervoqo” “Telegram” kanalı yazır.
Danışıqlar qapalı rejimdə keçirilib. “Pervıyın Pul”un məlumatına görə, mətbuat açıq hissədə təxminən yeddi dəqiqə iştirak edib.
Koulun Belarusa bundan əvvəlki səfəri dekabrın 12-də baş tutub. Növbəti gün postsovet ölkəsində 123 siyasi məhbus azad edilib, onların arasında respublikanın sabiq prezidentliyə namizədi Mariya Kolesnikova da olub.
