Bakı. Trend
ABŞ Senatı növbəti dəfə ölkə prezidenti Donald Trampın Konqresin birbaşa razılığı olmadan İrana qarşı müharibə aparmasını qadağan edən qətnaməni dəstəkləməyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qətnamənin lehinə 47 senator, əleyhinə isə 53 senator səs verib.
Qanunvericilik təşəbbüsünün müəllifi respublikaçı senator Rend Pol olub. O, martın əvvəlində də oxşar qətnamə layihəsi təqdim etmişdi, lakin həmin sənəd də rədd edilmişdi.
Pol Senatda Respublikaçılar Partiyasını təmsil edən və Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verən yeganə şəxsdir.
