Bakı. Trend:
2026-cı ilin fevral ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı layihələr portfeli 898 milyon avro təşkil edir və 36 layihəni ehtiva edir.
Trend AYİB-ə istinadən xəbər verir ki, bu layihələrdə bankın iştirak payı 1% təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 695 milyon avro səviyyəsində qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40% təşkil edir.
Fəaliyyətə başladığı vaxtdan etibarən Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ümumilikdə 3,629 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3,375 milyard avro təşkil edir.
Bu günədək Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək verib.
