...

Rövşən Məmmədov V “Yüksəliş müsabiqəsi”nin qalibi ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2026 12:23 (UTC +04:00)
Rövşən Məmmədov V “Yüksəliş müsabiqəsi”nin qalibi ilə görüş keçirib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş müsabiqəsi”-nin qalibi Numrəddin Hüseynov ilə görüş keçirib.

Trend xəbər verir ki, görüş zamanı Mentorluq Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və iştirakçıların fərdi inkişaf istiqamətində gördükləri işlər müzakirə olunub.

Eyni zamanda, nitq mədəniyyətinin və düzgün danışıq bacarıqlarının inkişafı, eləcə də marketinq sahəsində irəli sürülən təklif və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində peşəkar inkişafın davam etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti