...

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri istintaq altında

Dünya xəbərləri Materials 19 Mart 2026 12:15 (UTC +04:00)
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri istintaq altında
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan mətbuatı ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) keçmiş rəhbəri Kamçıbek Taşiyevin Daxili İşlər Nazirliyinə dindirilməyə çağırıldığı barədə məlumat yayıb.

Trend Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, ötən həftə onun doğma qardaşı da dindirilib.

Məlumata görə, DMTK-nın keçmiş sədri Kamçıbek Taşiyev hazırda DİN-in istintaq xidmətində dindirilmədədir.

Bildirilir ki, Taşiyev iki cinayət işi üzrə şahid qismində istintaq-əməliyyat tədbirlərinə dəvət olunub. O, vəkili ilə birlikdə müstəntiqin otağına daxil olub.

Digər təfərrüatlar hələ ki, açıqlanmır.

Qeyd edək ki, ötən ay Kamçıbek Taşiyevin Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini – DMTK sədri vəzifəsindən azad edildiyi məlum olub. Taşiyev sonradan özü bu qərarın onun üçün gözlənilməz olduğunu bildirmişdi.

Bundan sonra ölkə prezidenti Sadır Japarov bəyan edib ki, Kamçıbek Taşiyev bir daha dövlət qulluğuna qayıtmayacaq. Japarov həmçinin ölkədə şimal və cənub arasında bölünməyə yol verməyəcəyini bildirib və dövlət çevrilişi ehtimalını istisna edib.

Bir müddət sonra Qırğızıstan DMTK-nın yeni rəhbərinin təyin olunduğu məlum olub. Həmin vaxt Kamçıbek Taşiyev ölkəni artıq tərk etmişdi.

Ötən həftə Taşiyevin qardaşının DİN-in Baş İstintaq İdarəsində dindirildiyi də məlum olub. Dindirilmədən sonra o, sərbəst buraxılsa da, onun deputat mandatı ləğv edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti