...

ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlanıb

İdman Materials 19 Mart 2026 13:52 (UTC +04:00)
ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunlar “Sportinq”dən Fransişku Trinçao, “Real”dan Vinisius Junior, “Barselona”dan Rafinya, “Liverpul”dan Dominik Soboslaidir.

Fransişku "Bodo-Qlimt"lə matçda 3 qol ötürməsi verib. Vinisius "Mançester Siti" ilə görüşdə dubl edib. Rafinya "Nyukas"la qarşılaşmada 2 qol vurub və 1 qol ötürməsi edib. Soboslai isə "Qalatasaray"la oyunda fərqlənib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti