...

A Seriyası klubunda yeni baş məşqçi müəyyənləşib

İdman Materials 18 Mart 2026 20:50 (UTC +04:00)
A Seriyası klubunda yeni baş məşqçi müəyyənləşib

Bakı. Trend:

İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, A Seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq.

58 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Campaolonun son iş yeri "Leççe" olub.

Qeyd edək ki, "Kremoneze" İtaliya A Seriyasında 29 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti