Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58 996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 10 448-i (17,7 %) ilkin, 48 548-i (82,3 %) isə təkrar qeydiyyatın payına düşür.
2026-cı ilin yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ
evi üzərində 12 704, mənzillərdə 13 865, torpaq sahəsi üzərində 30
313, qeyri-yaşayış binası üzərində 561, qeyri-yaşayış sahələrində
1452, əmlak komplekslərində 85, çoxmərtəbəli yaşayış binaları
üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu
dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 604-ü Bakı
şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-fevral ayları ərzində 41 323 texniki pasport tərtib
edilib, 10 004 ipoteka müqaviləsi qeydiyyata alınıb.
