...

Azərbaycanda aqrar sektor böyüyüb

İqtisadiyyat Materials 18 Mart 2026 17:00 (UTC +04:00)
Azərbaycanda aqrar sektor böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında 1 milyard 140,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər evrir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz çoxdur.

Hesabat dövrü ərzində heyvandarlıq məhsullarının istehsalı 0,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 5,3 faiz artıb.

Hesabat dövründə diri çəkidə 93,1 min ton ət, 321,3 min ton süd, 362,2 milyon ədəd yumurta və 50,2 min ton tərəvəz istehsal olunub.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə tərəvəz istehsalı 5,3 faiz, ət istehsalı 2,0 faiz artıb, süd istehsalı 0,4 faiz, yumurta istehsalı 3,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti