Bakı. Trend:
İsrailin mərkəzi hissəsində baş verən hücumda iki nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə İsrailin Milli Səhiyyə Xidməti (MADA) "Telegram" kanalında yazıb.
"Ramat Gan şəhərindəki hadisə yerində həkimlər və təcili yardım işçiləri ağır qəlpə yaraları alan bir kişi və bir qadının ölümünü təsdiqləyiblər", - deyə bildirilib.
MADA-nın mətbuat xidməti həmçinin artilleriya atəşi zamanı ilk yardım maşınının zədələndiyini bildirib.