Bakı. Trend:
2025-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana birbaşa xarici investisiyaların həcmi 204,368 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 54,542 milyon dollar və ya 36,4% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən reallaşan investisiyaların payı 3,1% təşkil edib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində ABŞ
iqtisadiyyatına 130,239 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki
ildəki göstərici ilə müqayisədə 41,712 milyon dollar və ya 47,1%
çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılan
Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,5% təşkil edib.
2024-cü il ərzində Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 149,826 milyon dollar, əks istiqamətdə isə 88,527 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
