...

Ağdamda mülki şəxs minaya düşüb: sol ayağından xəsarət alıb - BİRGƏ MƏLUMAT

Hadisə Materials 26 Mart 2026 14:42 (UTC +04:00)
Ağdamda mülki şəxs minaya düşüb: sol ayağından xəsarət alıb - BİRGƏ MƏLUMAT
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

Bildirilir ki, 1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

xxx

14:00

Ağdam. Trend:

İşğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 03.12.1985-ci il təvəllüdlü, Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.

ANAMA əməkdaşları yaralı şəxsi minalı ərazidən çıxarmaq üçün dərhal hadisə yerinə yola düşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti