Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava
şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran,
Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan)
Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, Salyan), Qarabağ və
Şərqi-Zəngəzur (Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı,
Laçın, Zəngilan) bölgəsində yağıntıların güclü olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə
Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri
ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin
baş verəcəyi ehtimal olunur.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən
günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı
var.
