Bakı. Trend:
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəvər verir ki, martın 27-si
gündüzdən 29-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi
bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və
narıncı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Quba, Qobustan, Mingəçevir,
Xaçmaz, Gədəbəy, Göygöl, Hacıqabul, Neftçala, Kəlbəcər, Laçın,
Zəngilan, Şəmkir, Samux, Yevlax, Salyan, Şirvan, Goranboy,
Naftalanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək,
küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Siyəzən, Xızı, Qusar, Şabranda
narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin
sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
