...

Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlanıb

Energetika Materials 17 Mart 2026 18:55 (UTC +04:00)
Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend-ə Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz, fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faiz azalıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti