...

İsraildə 24 saat ərzində İran və Livandan hücumlarda yaralıların sayı açıqlanıb

Dünya xəbərləri Materials 17 Mart 2026 13:49 (UTC +04:00)
İsraildə 24 saat ərzində İran və Livandan hücumlarda yaralıların sayı açıqlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Səhiyyə Nazirliyi İran və Hizbullahla (Livan) gedən münaqişə nəticəsində son 24 saat ərzində 70 nəfərin yaralı vəziyyətdə xəstəxanalara təxliyə olunduğunu bildirib.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, yaralılardan dördünün vəziyyəti orta-ağırdır. Doqquz nəfərə təşvişlə bağlı psixoloji yardım göstərilir.

Nazirlik bildirir ki, fevralın 28-də İranla müharibənin başlanmasından bəri ümumilikdə 3 530 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 86 nəfəri hazırda xəstəxanadadır. Xəstəxanada olanlardan səkkiz nəfərin vəziyyəti ağır, 16 nəfərin vəziyyəti orta ağır, 60 nəfərin isə vəziyyəti qənaətbəxşdir.

Nazirliyin təqdim etdiyi rəqəmlərə həm mülki şəxslər, həm də hərbçilər daxildir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti