...

Ötən il Azərbaycanın xarici ticarət balansında 6,4 milyard dollar profisit yaranıb

İqtisadiyyat Materials 17 Mart 2026 12:28 (UTC +04:00)
Ötən il Azərbaycanın xarici ticarət balansında 6,4 milyard dollar profisit yaranıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il üzrə xarici ticarət dövriyyəsi 41.8 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 18.1 milyard dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 11.7 milyard dollar həcmində kəsiri bağlayıb.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

"Nəticədə hesabat dövründə xarici ticarət balansında 6.4 milyard dollar həcmində profisit yaranıb. 2025-ci il üzrə Azərbaycanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olun. Xarici ticarətin 12.6%-i MDB üzvü olan ölkələrin, 87.4%-i isə digər xarici ölkələrin payına düşür", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti