...

İsrailin Beyruta hücumu nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Mart 2026 06:04 (UTC +04:00)
İsrailin Beyruta hücumu nəticəsində 11 nəfər ölüb

Bakı. Trend:

İsrailin Beyrutun mərkəzinə endirdiyi hava hücumu nəticəsində 11 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi xəbər verib.

"İsrailin Beyrutun sıx məskunlaşmış Zuqaq əl-Blat və Bosta məhəllələrinə hücumu zamanı 11 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Hadisə yerində xilasetmə qrupları işləyir, xəsarət alanların və yaralıların sayı arta bilər", - deyə bildirilib.

Mülki Müdafiə Xidmətindən bildirilib ki, üç çoxmərtəbəli binaya raket atılıb. Yanğınlar tez bir zamanda söndürülüb və alov qonşu binalara yayılmayıb. Lakin partlayış dalğası yaxınlıqdakı bir neçə binanın fasadını dağıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti