...

ABŞ və Yaponiya birgə neft ehtiyatları yaratmağı düşünür

Dünya xəbərləri Materials 18 Mart 2026 06:52 (UTC +04:00)
ABŞ və Yaponiya birgə neft ehtiyatları yaratmağı düşünür

Bakı. Trend:

ABŞ və Yaponiya hökumətləri Yaponiya ərazisində birgə neft ehtiyatlarının yaradılmasını müzakirə edirlər ki, bu ehtiyatlar Amerika yataqlarından gələn tədarüklə doldurulacaq.

Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti xəbər verib.

Məlumata əsasən, belə bir razılaşma Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə ABŞ prezidenti Donald Tramp arasında martın 19-da Vaşinqtonda keçiriləcək görüş zamanı elan edilə bilər.

Bu məlumatlara əsasən, layihə Tokionun əvvəllər ABŞ-a yatıracağına söz verdiyi 550 milyard dollarlıq investisiya hesabına maliyyələşdiriləcək. Birgə neft ehtiyatlarının yaradılmasına Yaponiya investisiyalarının həcminin gələcək məsləhətləşmələr zamanı razılaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti