...

Paytaxtda yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 17 Mart 2026 15:16 (UTC +04:00)
Paytaxtda yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Səbail rayonunda yük avtomobilindən 370 manat və bank kartının oğurlaması barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 50 yaşlı M.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, avtomobilin qapısının açıq qalmasından istifadə edərək pulu və sənədləri oğurlayıb.

Bundan başqa, saxlanılan şəxsin başqa bir vətəndaşa məxsus yük avtomobildən isə 460 manat oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti