Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 185,7 min ABŞ dolları dəyərində 670 ton neft bitumu ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir verir.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 333,5 min ABŞ dolları və ya 23,5 dəfə az, həcm baxımından isə 1,303 min ton və ya 64,2 faiz azdır.
Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracının 0,01 faizini təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz, fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faiz azalıb.
