Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, məhsullarını 81 ölkəyə ixrac edib və 122 ölkədən məhsul idxal edib.
Trend bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Ay ərzində xarici ticarət dövriyyəsi 3,092 milyard ABŞ dolları, ticarət balansının müsbət saldosu isə 487,7 milyon dollar təşkil edib.
2025-ci ilin yanvarı ilə müqayisədə buğda idxalı 49,9%, bitki yağları 9,0%, avtobuslar 2,7 dəfə, qara metallardan borular 33,7%, polietilen isə 72,5% artıb. Eyni zamanda təzə meyvələrin idxalı 3,6%, kərə yağı, digər süd yağları və pastaların idxalı 26,7%, dərman vasitələrinin idxalı 44,5%, poladdan rulonların idxalı 15,4%, hesablama maşınları, bloklar və qurğuların idxalı isə 22,2% azalıb.
2026-cı ilin yanvar ayında qeyri-xammal məhsulların ixracının dəyəri ( ümumi ixracdakı payı 15,0% təşkil edib) 268,4 milyon ABŞ dolları olub ki, bu faktiki qiymətlər üzrə 2025-ci ilin yanvarı ilə müqayisədə 9,1% çox, real ifadədə isə 20,7% azdır.
