...

Ağdamda yol qəzası olub - Ölən var (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 18 Mart 2026 00:56 (UTC +04:00)
Ağdamda yol qəzası olub - Ölən var (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza zamanı xəsarət alanlar rayon sakinləri Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğludur.

Qəza zamanı ağır xəsarət alan Musayev Cavid Əli oğlu ölüb.

xxx

00:14

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “KIA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində sürücü və sərnişin ağır xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti