Bakı. Trend:
İran 2026-cı il futbol üzrə dünya çempionatı oyunlarını Meksikada keçirmək üçün FIFA ilə danışıqlar apardığını açıqlayıb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası bu xəbərlərə münasibət bildirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ali futbol qurumu bütün üzv assosiasiyalarla, o cümlədən İranla daimi təmasda olduqlarını, lakin bütün komandaların 2025-ci il dekabrın 6-da təsdiqlənmiş rəsmi cədvələ uyğun mübarizə aparacağını vurğulayıb. Bu isə o deməkdir ki, hazırda oyunların yerinin dəyişdirilməsi planlaşdırılmır.
Qeyd edək ki, Asiya zonasından vəsiqə qazanan İran seçməsi mundialın G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq. Mövcud təqvimə əsasən, iranlılar Yeni Zelandiya və Belçika ilə Los-Ancelesdə, Misirlə isə Sietldə qarşılaşmalıdırlar.
