Bakı. Trend:
"Real" onları məmnun edən təklif alarsa, Eduardo Kamavinqa ilə bu yay yollarını ayırmağa hazırdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "kral klubu" Fransa yığmasının üzvünü satmağı planlaşdırır.
23 yaşlı yarımmüdafiəçi mövsümü zədələrlə yadda qalıb: o, La Liqanın 20 oyunundan yalnız 12-sində start heyətində yer alıb.
Premyer Liqanın ən yaxşı klubları Kamavinqa ilə maraqlanır və “Real” onu ən azı 50 milyon avroya buraxacaq.
Kamavinqa “Renn”in yetirməsidir. O, 2021-ci ildə bu klubdan İspaniya nəhənginə keçmişdi. Futbolçunun “Real”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
