Bakı. Trend:
ABŞ neft hasilatını daha yüksək səviyyəyə qaldırır və bu sahədə qlobal miqyasda rekord göstəricilərə yaxınlaşır.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kennedi Mərkəzinin İdarə Heyətinin üzvləri ilə keçirilən nahar zamanı bildirib.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə ABŞ-da hasilat iki dəfə artıb və yaxın vaxtlarda bu göstərici onların nəticələrini üçqat üstələyə bilər.
Tramp qeyd edib ki, artıq milyonlarla barel neft emal müəssisələrinə, xüsusilə də Hyustona göndərilir.