Bakı. Trend:
“Barselona” klubunda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb. Hazırkı rəhbər Joan Laporta səsvermədə böyük üstünlük qazanaraq postunu qoruyub.
Trend xəbər verir ki, Laporta seçicilərin 66,6 faizinin dəstəyini alıb.
Bu nəticə onun ən yaxın rəqibi Viktor Fontun topladığı səslərin iki qatıdır.
Qeyd edək ki, ötən ilin dekabrında 63 yaşlı ispan funksioner 2026-cı ildə namizədliyini irəli sürməyəcəyini açıqlamışdı. Laporta iki müddət ardıcıl vəzifədə qalmağı qadağan edən qaydadan yan keçmək üçün seçkilər ərəfəsində istefa verib və beləliklə, yenidən namizəd olmaq hüququ qazanıb.
