...

Bu millinin üzvü "Mançester Yunayted"ə keçə bilər

İdman Materials 14 Mart 2026 16:00 (UTC +04:00)
Bu millinin üzvü "Mançester Yunayted"ə keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Vest Hem"in yarımmüdafiəsi Mateuş Fernandeş İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Mançester Yunayted" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Fernandeşin keçidinin yayda 60 milyon funt-sterlinqə reallaşacağı bildirilir. Klubu Premyer Liqanı tərk etsə, 21 yaşlı oyunçunun "Mançester Yunayted"ə transferi daha aşağı məbləğə baş tuta bilər.

Qeyd edək ki, "Vest Hem" Mateuş Fernandeşi mövsümün əvvəlində "Sauthempton"dan 44 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti