...

Ticarət inteqrasiyası Afrika qitəsinin inkişafı üçün daha çox şans yaradacaq - Şarl Mişel

İqtisadiyyat Materials 13 Mart 2026 17:11 (UTC +04:00)
Ticarət inteqrasiyası Afrika qitəsinin inkişafı üçün daha çox şans yaradacaq - Şarl Mişel
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Afrikanın ticarət inteqrasiyası Afrika qitəsinin inkişafı üçün daha çox şans yaradacaq.

Trend xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışında deyib.

""Afrika arzusu" Afrika qitəsinin ticarət inteqrasiyasının daha da dərinləşdirilməsinə nail olmaq istəyini əhatə edir. Və hər kəs çox yaxşı anlayır ki, əgər bu praktikada həyata keçirilərsə, bu Afrika üçün böyük imkanlar açacaq: daha çox resurs, daha çox alət və Afrikanın inkişafı üçün daha çox perspektivlər", – deyə Mişel bildirib.

O qeyd edib ki, buna baxmayaraq Afrikanın böyük qitə olmasını, 50-dən çox ölkəni əhatə etdiyini nəzərə alınsa, ciddi çağrışlar da mövcuddur.

“Regional təşkilatlar vasitəsilə regional inteqrasiya da olduqca praktik alət ola bilər”, – deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti