...

Pep Qvardiola Premyer Liqada yeni nailiyyət qazanıb

İdman Materials 13 Mart 2026 20:46 (UTC +04:00)
Pep Qvardiola Premyer Liqada yeni nailiyyət qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib.

"Şəhərlilər" fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

Pep Qvardiola İngiltərə çempionatında ən çox ayın məşqçisi seçilən 3-cü mütəxəssis olub. O, Devid Moyezi qabaqlayıb. Bu göstəricidə "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Sir Aleks Ferqyuson (27) liderdir. Arsen Venger (15) isə 2-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti