...

Azərbaycanla UNCTAD iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

İqtisadiyyat Materials 13 Mart 2026 13:02 (UTC +04:00)
Azərbaycanla UNCTAD iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"13-cü Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə görüşdük.

İqtisadi tendensiyalar, qlobal biznes mühitinin və beynəlxalq ticarət əlaqələrinin cari vəziyyəti barədə müzakirələrimiz oldu.

İqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində UNCTAD ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını vurğuladıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti